YUNİSEF 15 yaşlı azərbaycanlının girov götürülməsini pislədi
08 sentyabr 2014 14:42 (UTC +04:00)

YUNİSEF 15 yaşlı azərbaycanlının girov götürülməsini pislədi

 

YUNİSEF-in Bakı nümayəndəliyi 15 yaşlı Azərbaycan vətəndaşı, Tərtər rayon sakini Cavid Məmmədovun Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsinə münasibət bildirib.


 

Nümayəndəlikdən APA–ya bildiriblər ki, YUNİSEF bütün dünyada uşaqlara qarşı zorakılığın əleyhinədir.

 

Beynəlxalq təşkilat sözügedən məsələdə də uşaq hüquqlarının və beynəlxalq konvensiyaların əsas tutulmasını vacib hesab edir: “Lakin YUNİSEF bu işə cəlb olunmayıb. Ümid edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Cavid Məmmədovun məsələsi ilə məşğul olur və bu istiqamətdə göstərilən səylər nəticə verəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 957
avatar

Oxşar yazılar