Yunanıstan və Serbiya Respublikalarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Dimitrios Tsunqas və Zoran Vayoviç Bakı Ali Neft Məktəbində görüş keçirilib. Lent.az-ın məlumatına görə, görüşdə Yunanıstanın səfiri D. Tsunqas Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.
Serbiyanın səfiri Zoran Vayoviç BANM-a dəvət edildiyinə görə rəhbərliyə öz minnətdarlığını bildirib.
Görüş zamanı gələcəkdə əməkdaşlıq çərçivəsində universitetlərarası tələbə və müəllim mübadiləsi, müxtəlif proqramlar, daxili əməkdaşlıq, qarşılıqlı səfər və fikir mübadiləsi istiqamətində müzakirələr aparılıb.