Ötən il ərzində ölkədə səviyyəsi 2011-ci ilə nisbətən 1,6 faiz bəndi azalaraq 6%-ə enib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə 2011-ci ilə nisbətən ölkə əhalisinin gəlirləri 13,8% artıb, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 faiz bəndi üstələyib.
«Hesabat ilində ölkədə yoxsulluğun səviyyəsi 6%, işsizlik 5,2% olub, 117 min yeni iş yerləri açılıb. Ötən il ərzində orta aylıq əmək haqqı 9,1% artaraq 391,4 manata çatıb, əhalinin banklardakı əmanətləri isə 24,4% artıb. Əmanətlərə görə faiz gəlirlərinin vergidən azadolma müddəti uzadılıb ki, bu da onların sərəncamında qalan vəsaitləri artıracaq», - deyə Ş.Mustafayev bildirib.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 7,6% olub.