Dövlət Statistika Komitəsi 2013-cü ilin III rübündə tikinti işlərində qiymətlərin dəyişməsi haqqında məlumat yayıb. Lent.az-ın məlumatına görə, 2013-cü ilin 3-cü rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,3 faiz ucuzlaşıb. Rüb ərzində yerüstü tikililər bölməsində 0,3 faiz, yol və körpü tikintisində isə 0,1 faiz ucuzlaşma müşahidə edilib.
Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,2 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,1 faiz ucuzlaşıb.
Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,5 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,2 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,3 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz ucuzlaşıb.
Yol tikintisi üzrə qiymətlər 0,1 faiz, körpü tikintisi üzrə isə qiymətlər 0,3 faiz ucuzlaşma müşahidə olunub.
Yol və körpü tikintisi ucuzlaşıb - STATİSTİKA
940