Yol kənarında maşın saxlamağa icazə verilməyəcək
03 may 2013 15:03 (UTC +04:00)

Yol kənarında maşın saxlamağa icazə verilməyəcək

Bakıda yeraltı qarajlar istifadəyə verildikdən sonra avtomobillərin yol kənarında saxlanılmasına icazə verilməyəcək.


 

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov məlumat verib. O bildirib ki, paytaxt ərazisində tikilən yeraltı qarajlar tam istifadəyə verildikdən sonra həmin qarajların yaxınlıqlarında dayanma və durma qaydasına icazə verilən nişanlar quraşdırılacaq. Yeraltı qarajlardan istifadə etməyən və avtomobili dayanma və durmanı qadağan edən nişanların təsir sahəsində saxlayan sürücülər cərimə ediləcək.

 

V. Əsədov həmçinin qeyd edib ki, son bir həftə ərzində  paytaxt ərazisində dayanma və durma qaydasını pozan 320 sürücü cərimələnib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1889
avatar

Oxşar yazılar