Yeni vakansiyalar elan olundu - <span style="color:red;">idarə rəisi vəzifəsi boşdur
01 aprel 2019 15:32 (UTC +04:00)

Yeni vakansiyalar elan olundu - idarə rəisi vəzifəsi boşdur

Aprelin 1-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 3 dövlət orqanında inzibati vəzifələrin 5–7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. Bu barədə Lent.az-a DİM-dən bildirilib.

 

Verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının aparatı, onların tabeliyində olan qurumlar, yerli bölmələr və məhkəmələrdə olmaqla elana çıxarılan vəzifələrin 2-si dövlət qulluğu vəzifələrinin A növü (inzibati rəhbər) və 14-ü isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.

 

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitoriq İdarəsinin rəisi, inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İmişli regional "ASAN xidmət" mərkəzində sektor müdiri-baş mühasib vəzifələridir. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 1 vəzifə, Şəki Apellyasiya Məhkəməsində 11 vəzifə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 4 vəzifə olmaqla 16 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

 

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

 

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə aprelin 1-dən mayın 1-dək saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Aygün İbrahimli

Oxşar yazılar