Yeni telekanalın açılması ilə bağlı müsabiqə başa çatdı
21 fevral 2014 18:17 (UTC +04:00)

Yeni telekanalın açılması ilə bağlı müsabiqə başa çatdı

Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqə başa çatıb.

 

MTRŞ-dan Lent.az-a verilən məlumata görə, qeyd olunan müddətdə 3 iddiaçı - “Brand in Baku” MMC, “Fatiyev Company” MMC və “Region TV” MMC müsabiqəyə sənədlər təqdim edib.

 

“Televiziya və radio yayımı haqqında” qanunun tələbinə uyğun olaraq MTRŞ tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1084
avatar

Oxşar yazılar