Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov noyabrın 15-də vətəndaşları qəbul edəcək. Lent. az-ın məlumatına görə, yeni nazir Qaxda vətəndaşların problemini dinləyəcək. Nazirin qəbulunda Qax, Oğuz, Qəbələ, Şəki, Balakən və Zaqatala sakinləri iştirak edəcək.
Qeyd edək ki, S. Müslümov ötən ay əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. Bundan öncə isə o, Dövlət Sosial Müdafiə Fondunun sədri işləyib.