Dövlət başçısı İlham Əliyev üçüncü prezidentlik müddətinə hökumətin tərkibində müəyyən dəyişikliklər apardı. Prezidentin sərəncamı ilə yeni təyinat almış nazirlərdən biri Səlim Müslümovdur. Dövlət başçısı onu Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsindən çıxarıb, əmək və əhalinin sosial müdafiəsi naziri təyin edib.
Lent.az-ın məlumatına görə, modern.az saytı yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun təəssüratlarını öyrənib.
Həmişə mediaya açıq olan nazirlik rəhbəri hazırda gərgin iş rejimində çalışdığını bildirib. Bir-birinin ardınca təbrik zəngləri aldığını deyən S.Müslümov bu gün ərzində geniş açıqlama verə, danışa bilməyəcəyini söyləyib.
“Çox üzr istəyirəm. Amma bu gün danışa bilməyəcəyəm. Gərgin iş rejimində çalışıram. Yanımda da çoxlu adam var”, – deyə Səlim Müslümov bildirib.