Yeni il bayramı – dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi , Azərbaycanda da l təmtəraqlı keçirilir. Hər il bu bayrama xüsusi hazırlaşırıq . Bu bayram Azərbaycanda nə vaxtdan qeyd olunur? Ttarixə birlikdə nəzər salaq...
Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesapatomiyada yaranıb. Eramızdan əvvəl 4- cü minilliyin sonunda Şumer , Babilistan , Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb.
Tarixçi Tahir Şahbazov APA TV-yə deyib ki, Yeni il kimi qeyd olunan bu bayram xristianların bayramıdır. İsa Peyğəmbərin anadan olduğu gündən hesablanır. Yeni ilin Azərbaycan mədəniyyətinə daxil olması Sovet dövründə baş verib. Digər bütün bayramlar kimi yeni il bayramıda müxtəlif atributlar qazanıb. Dini bayram , İsa Peyğəmbərin anadan olduğu gün kimi yox,məhz bir təqvim dəyişikliyi günü kimi , bir xalq bayramı statusunu alıb.
Yeni il bayramını , qış bayramını körpələrin öz doğma babalarından belə çox sevdikləri Şaxta babasız təsəvvür etmək mümkün deyil.
Şaxta baba kimi tanınan şəxsin dünyanın müxtəlif ölkələrində fərqli adları var - Sant Nikolas , Nikolas of Mariya , Santa Klaus , Pere Noel , müqəddəs ata Kristmas bunlardan bəziləridir. Saç – saqqalı tamam ağ , başında qardan papaq olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırsalar da , bu adlardan ən çox populyar olanı Santa Klausdur.
Yeni il bayramını al - əlvan , bərli – bəzəkli şam ağacsız təsəvvür etmək də qeyri – mümkündür. Əlbəttə , bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı amma təbiəti qorumaq üçün bax bu gördüyünüz süni şam ağaclarından istifadə olunur.Bəs yeni il bayramında şam ağacı ( yolka ) bəzəməyin mənası nədir?
Tarixçi deyir ki, şam ağacının bəzədilməsi qədim xalq inancları ilə bağlıdır. Bunun hansısa bir dinlə bağlılığı yoxdur. Xüsusi ilə şam ağacının ətrafında bu mərasimin keçirilməsi bəzi ədəbiyyatlarda və digər mənbələrdən aldığımız məlumatlara görə İsa Peyğəmbərin şam ağacının altında dünyaya gəlməsi göstərilir.
Şam ağacının özü və onun bəzədilməsi üçün lazım olan oyuncaqlar neçəyə başa gəlir? Bunu satıcılardan öyrənirik. Gəlin satıcıdan soruşaq.
1.Şam ağacı neçəyədir?
Yeni il sizlərə həyatınız boyunca unuda bilməyəcəyiniz gözəlliklər yaşatsın.Yeni iliniz mübarək...
Anar Hüseynov, APA TV