Yeni Dövlət Proqramının layihəsi hazırlanıb
Arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə 2019-2023-cü illər üzrə Dövlət Proqramı layihəsi hazırlanıb.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Arxiv İdarəsində Azərbaycan Respublikası Dövlət Arxiv təşkilatlarının 2018-ci ildə fəaliyyəti və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclasında Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov bildirib.
Ə.Rəsulov Dövlət Proqramı layihəsi haqqında məlumat verib. Eyni zamanda arxiv işi sahəsində respublika arxivçilərinin üzərinə düşən məsuliyyəti qeyd edərək, bu sahədə onlara uğurlar arzulayıb.
752