Yəməndən gələn azərbaycanlılar dəhşətli döyüşlərdən danışdı
08 aprel 2015 23:39 (UTC +04:00)

Yəməndən gələn azərbaycanlılar dəhşətli döyüşlərdən danışdı

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, soydaşlarımızın səyahətinin bu gədər uzun çəkməsinə isə onların İstanbul hava limanında bilet ala bilməməsi səbəb olub.

 

Yəməndən Türkiyə vasitəsilə təxliyyə olunan azərbaycanlılar bu gün Bakıya dönüblər. İçərilərində 4 uşağın olduğu iki ailə, o cümlədən bir tələbə əvvəlcə İstanbula, oradan isə Heydər Əliyev Beynəlxalq Hava Limanına uçublar.

 

Yəməndən gələn ailələr ANS-ə müharibənin dəhşəti barədə məlumat veriblər. Müharibənin ağır fasadları ailədə, xüsusən azyaşlıların gözündə hiss olunurdu. Ailə başçısı Fuad İmamquliyev bombardıman zamanı ilk növbədə 4 uşağını və həyat yoldaşını qoruyurmuş.

 

6 ildir ki, ingilis dili dərsi tədris edən Fuad müəllim təhlükənin əsasən günün gecə saatlarında olduğunu söyləyir. Dinc sakinlər üçün sığınacaqlar olmasa da, bomba atılan zaman hərə öz evinin bir küncündə qorunmağa çalışırmış:

 

“Döyüşlər əsasən günün gecə saatlarında baş verir. Havanın qaranlıq və dumanlı olmasına baxmayaraq səslərini aydın bir şəkidə eşidirdik. Ailəmi qorumaq üçün artımanın və pəncərənin küncündə saxlanırdıq. Gözləyirdik ki, atışma başa çatsın. Atışma bəzən 2-3 saat davam edir”.

 

Vəziyyət daha təhlükəli hal alandan sonra azərbacanlılar Sənadan çıxmağa qərar veriblər. Lakin bu heç də asan başa gəlməyib. Bu işdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin Yəməndə akkreditə olunmuş nümayəndələri köməklik edib. Dəfələrlə təxliyyə planı dəyişib. Gah onların döyüş gəmisilə, gah da təyyarə ilə təxliyyə ediləcəyi söylənilib. Son anda Türkiyə vasitəsilə təyyarə ilə bu iş həyata keçirilib.

 

“Təxliyyə prosesi uzun bir zaman aldı. Üç dəfə hava limanına gedib qayıtmışıq. Evdə oturumağımıza baxmayaraq uşaqlara görə çox qorxurduq. Allaha çox şükür ki, nəhayət gəldik.”, – deyə Yəməndən gələn azərbaycanlı Şəhla İmamquliyeva bildirdi.

 

Adil isə Səba universitetinin tələbəsidir. İmtahanlara az qalmış, Yəməndə ara qarışıb. Təhsil müəssisələri vaxtından əvvəl bağlanıb.

 

“Şəhərdə küçə döyüşləri getmirdi. Sadəcə olaraq orada üsyançıların cəmləşdiyi strateji əhəmiyyətli malik olan nöqtələri vardı. Döyüşlər də məhz həmin istiqamətdə gedirdi. İmtahanlarımız mayda olmalı idi. Amma sentyabra kimi təxirə salındı. Vəziyyət düzəlsə, təhsilimizi davam etdirməyi düşünürük”, – deyə Yəməndə təhsil alan tələbə Adil İmamquliyev dedi.

 

Sənadan təxliyyə olunan azərbaycanlılar təhlükəli zonada hələ də həmvətənlilərimizin qaldığını söyləyirlər. Onlardan biri 4 nəfərlik ailə olub ki, qızlardan birinə elə Fuad İmamquliyev təhsil verirmiş. Digər azərbaycanlılar isə Rəhimzadələr ailəsidir. Bakıda yaxınları narahat olsalar da, onların vətənə dönməsini yəmənli ailə başçısı istəmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar