Bu gün Bakı şəhəri Yasamal və Səbail rayonlarının bir hissəsində su qıtlığı olacaq. Lent.az-ın “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə istinadən verdiyi məlumata görə, bu rayonların ərazisində magistral su xətləri üzərində sayğacların quraşdırılması işləri ilə əlaqədar gün ərzində su verilməsində məhdudiyyətlər olacaq.
Bundan başqa paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “+70 Dədə Qorqud” su anbarının çıxış xətlərindən birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Hövsan qəsəbəsinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.