Yasamalda nurçuların evi sökülür
15 may 2014 10:58 (UTC +04:00)

Yasamalda nurçuların evi sökülür

Bakıda nurçulara məxsus olan ev sökülür. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Yasamal rayonu, Xıdır Mustafayev küçəsində yerləşən ev bir günün içində sökülərək və tanınmaz hala salınıb. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, evin sökülmə səbəbi onun satılması ilə əlaqədardır. Sakinlər bildiriblər ki, nurçuların evlərinin yaxınlığında yaşayış binası tikilir və bu səbəbdən də ətrafda olan evlər tikinti ilə məşğul olan şirkət tərəfindən satın alınıb. Onların sözlərinə görə, nurçular sökülən evlərinin yaxınlığında yeni inşa edilən binaya köçəcəklər. 

 

Xatırladaq ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilmişdi 

E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1640
avatar

Oxşar yazılar