“Yanvarın 21-i ölkəmizdə adi iş günlərindən biri olacaq”. Bunu Lent.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. A. Əlinin sözlərinə görə, ümumxalq hüzn günü - 20 yanvarın (qeyri-iş günü) bazar gününə düşməsinə baxmayaraq yanvarın 21-i (bazar ertəsi) qeyri-iş günü olmayacaq.
Qeyd edək ki, qeyri-iş günləri istirahət günlərinə (şənbə və bazar günləri) düşdükdə ondan sonra gələn gün də qeyri-iş günləri hesab olunur. Lakin bu qayda hüzn gününə tədbiq edilmir.