Oktyabrın 19-da Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində baş vermiş yanğın zamanı sahibkarlara milyonlarla ölçülən maddi ziyan dəyib. Lent.az-ın məlumatına görə, həmin sahibkarlar iş yerlərini itiriblər.
Yaranmış durumu nəzərə alaraq Sumqayıt şəhər rəhbərliyi və “Sumqayıt Ticarət Mərkəzi” ASC-in idarə heyətinin sədri Zaman İsgəndərovun birgə təşəbbüsü ilə sözügedən Mərkəzin 3-cü mərtəbəsi zərərçəkmiş sahibkarların pulsuz olaraq ixtiyarına verilib.