Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər isə havanın tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 19-da bəzi yerlərdə yağış yağacaq, gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında mövsümə uyğun gözlənilən komfort hava şəraiti, eyni zamanda oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.