Yağış və qar Lənkəranda da problemlər yaratdı
21 fevral 2015 17:58 (UTC +04:00)

Yağış və qar Lənkəranda da problemlər yaratdı

Fevralın 20-də axşam saatlarından intensiv yağışın qara çevrilməsi ilə Lənkəranda da bir sıra problemlər yaranıb.


 

APA-nın cənub bürosunun məlumatına görə, rayonun bir sıra yaşayış məntəqələrində gecə saatlarından elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunub.  Hazırda rayonun ucqar kəndlərində qarın qalınlığı 10-15, şəhər və ətraf yaşayış məntəqələrində isə 4-5 santimetr təşkil edir. Yağan qarın əriməsi ilə Lənkəran-Lerik yolunun rayonun Darquba kəndi ərazisindən keçən hissəsi və şəhərin əsas küçələrini sel suları basıb, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti çətinləşib.

 

Həmçinin qar və yağış sularının həyətyanı sahələrə axması yaşayış evlərinə su dolmasına səbəb olub. Ən acınacaqlı vəziyyət Lənkəran şəhərinin Mirsalayev küçəsində müşahidə olunub. Belə ki, sözü gedən ərazidə 50-dən çox yaşayış evini qar və yağış suları basıb.  Yerli sakinlərin sözlərinə görə, onların toyuq-cücələri suda boğulub, zirzəmilərdə saxlanılan ərzaq və kənd təsərrüfatı məhsulları yararsız hala düşüb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, bölgədə ən çox qar Lerik və Yardımlı rayonlarının dağlıq ərazilərini əhatə edib. Bu yerlərdə qarın qalınlığı 60-70 sm-ə çatıb. Temperaturun 7-12 dərəcə aşağı düşəcəyi gözlənilir.

 

Proqnoza görə, bölgədə qeyri sabit hava şəraiti fevralın 22-nə kimi davam edəcək.

 

Hazırda qarlı hava şəraiti davam etməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Oxşar yazılar