Yağış, qar, külək gözlənilir
06 mart 2014 12:39 (UTC +04:00)

Yağış, qar, külək gözlənilir

Martın 6-dan 7-nə keçən gecədən başlayaraq martın 8-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.  Martın 7-si gündüzdən 8-i axşamadək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.  Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir. Axşama doğru isə temperatur 5 dərəcə istiyədək enəcək.
Azərbaycanın rayonlarına gəlincə, sabah  dağlıq və dağ ətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 12-17, dağlarda 3-6 dərəcə isti olacaq və temperatur 0 dərəcəyədək enəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1807

Oxşar yazılar