<b>Xızıda mərmi tapıldı</b>
02 aprel 2019 18:07 (UTC +04:00)

Xızıda mərmi tapıldı

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 2-də Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrindən Agentliyə Xızı rayonu, Sitalçay kəndi ərazisində mərminin tapılması barədə daxil olmuş məlumatı araşdırıb.

 ANAMA-dan Lent.az-a daxil olan məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə  ərazidə otlaq sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd yanmış-partlamışvəziyyətdə 122 mm-lik 9M-22S raketi aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 Raketlərin ətrafında 1,200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 2 aprel  tarixlərində 73 siqnal (əməliyyat çağırışı) əsasında 65 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naftalan şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,230 ədəd partlamamış hərbi sursat (PHS), 1,115 ədəd müxtəlif çaplı patron, 8 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina və 17 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 107,795 kv.m əraziyerüstü və 7,472 kv.m ərazi yeraltı yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722
avatar

Aygün İbrahimli

Oxşar yazılar