Xəzər dənizində növbəti dəfə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, yeraltı təkan fevralın 5-də saat 07:36-da qeydə alınıb.
57 km dərinlikdə baş verən zəlzələnin episentrdə maqnitudası 3.9 olub.
Zəlzələ hiss edilməyib.