Xəzər dənizinin Nabran sahilində buz massivi müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, buz təbəqəsi 30 km ərazini əhatə edib.
Qalınlığı 50 sm-dək olan buz parçaları Nabranda sahildən dənizə tərəf birləşərək 50-100, bəzi yerlərdə 200 metr məsafədə buz massivi əmələ gətirib.