
Xətainin heykəlinin yeri dəyişdirilməsinə aydınlıq gətirildi - NAZİRLİK - YENİLƏNİB
0
0
“Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizim quruma hər hansı məlumat daxil olmayıb”.
Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.

Onun sözlərinə görə, hazırda heykəlin yerinin dəyişdirilməsi məsələsi müzakirə olunmur: “Bu gün üçün deyə bilərəm ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı bizdə hər hansı məlumat yoxdur. Sabah nə olacaq, o haqda danışmaq tezdir. Gələcəkdə dövlət əhəmiyyətli hər hansı proqram həyata keçirilərsə, abidənin yerinin dəyişdirilməsi mümkün ola bilər. Yenə təkrar edirəm ki, bu gün üçün həmin heykəlin yerinin dəyişdirilməsi haqda məndə heç bir məlumat yoxdur”.
Z. Sultanov əlavə edib ki, məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yol istismarı və nəqliyyatın təşkilini həyata keçirən hər hansı qurumdan müraciət daxil olmayıb.
13:01
"Zərurət yaranarsa, paytaxtın Yusif Səfərov küçəsində aparılan optimallaşdırma işləri çərçivəsində adıçəkilən küçədə yerləşən Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilə bilər".
"APA-Economics" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
"Bu, yalnız bizdən asılı deyil. "Yollarının Optimallaşdırılması Layihəsi" çərçivəsində heykəlin yerinin dəyişdirilməsi zərurəti yarana bilər. Bunun üçün müvafiq qurumlara müraciət olunacaq və yalnız onların razılığı ilə köçürülmə baş tutacaq", - deyə qurum rəsmisi qeyd edib.
0
0