Xaçmaza 1.5 milyon manat ayrıldı - SƏRƏNCAM
05 dekabr 2013 18:45 (UTC +04:00)

Xaçmaza 1.5 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Xaçmaz rayonunun Yalama-Xanoba avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Yalama-Xanoba avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,5 milyon  manat ayrılıb.


Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə  maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597
avatar

Oxşar yazılar