Vakant müəllim yerlərinə ərizə qəbulu başlayıb
01 iyul 2013 14:05 (UTC +04:00)

Vakant müəllim yerlərinə ərizə qəbulu başlayıb

2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbuluna başlanılıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyənlər nazirliyin rəsmi internet saytının “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olaraq elektron ərizələrini verə bilərlər.

 

2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşdirilib. Onlardan 2999-u Azərbaycan, 187-si isə rus bölməsinə aiddir. Azərbaycan bölməsi üzrə ən çox vakant yer biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, fizika, tarix, ingilis dili və informatika fənləri, rus bölməsi üzrə ibtidai sinif müəllimi ixtisası üzrədir.

 

Elektron ərizələrin qəbulu 15 iyul 2013-cü il tarixində saat 18:00-da başa çatacaq. Hər bir namizəd test imtahanlarının keçirilmə tarixi barədə məlumatı 21-23 iyul tarixlərində Təhsil Nazirliyinin rəsmi internet saytının “Şəxsi səhifə” bölməsindən ala biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993

Oxşar yazılar