V, VIII və X sinif şagirdləri müəyyən hallarda sinifdə qalacaq - <span style="color:red;">YENİLƏNİB
01 may 2014 14:32 (UTC +04:00)

V, VIII və X sinif şagirdləri müəyyən hallarda sinifdə qalacaq - YENİLƏNİB

“Təhsil müəssisələrində şagirdlərin sinifdən sinfə keçirilməsi haqqında” Müvəqqəti Qaydalar təsdiq olunub. Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin QHT və KİV-lərlə İş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında bildirib ki, qaydaların təsdiqi ilə bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. C. Valehov qeyd edib ki, yeni qaydalara əsasən, dörd və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V, VIII, X sinif şagirdləri təkrar sinifdə saxlanılır: “İndiyə qədər bu qayda olmayıb. Bir və üç fəndən illik “kafi” qiymət alan V, VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları verilir. Həmin yeniyetmə yay müddətində hazırlaşaraq avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verə bilər. Təkcə imtahan verdiyi halda o, sinifdə saxlanılmayıb, növbəti tədris pilləsinə qəbul oluna bilər. Əgər gənc yay tədris tapşırığından yenidən qeyri-kafi qiymət alırsa, o zaman həmin gənc təkrar sinifdə saxlanılır. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılmasına yeganə əsas uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma halı hesab edilir”.

C. Valehov deyib ki, yeni qaydalara əsasən, şagird ikinci yarımildə bu və digər fəndən “qeyri-kafi” qiymət alıbsa, ona həmin fəndən müsbət illik qiymət çıxarıla bilməz. Məsələn, əgər şagird birinci yarımildə “yaxşı”, ikinci yarımildə isə “qeyri-kafi” qiymət alarsa, onun nəticəsi müsbət qiymət çıxarılmayacaq: “Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, rəsmxətdən şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçməsinə təsir etmir. Obyektiv səbəbdən və sağlamlıq imkanları məhdud olan (fiziki qüsurlu) şagirdlərin müəyyən fənlərdən sinifdən-sinfə keçməsinə əlavə şərait yaradılır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1603

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34