Regional reabilitasiya müəssisələri yaradılacaq
08 yanvar 2015 10:22 (UTC +04:00)

Regional reabilitasiya müəssisələri yaradılacaq

Sağlamlıq imkanları məhdud uşaqlar üçün regional tibbi-sosial reabilitasiya  müəssisələri təşkil ediləcək. Lent.az-ın məlumatına görə, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb. Sənəddə qeyd olunur ki, icma əsaslı sosial reabilitasiya xidmətləri yaradılacaq. İşlərin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə, Maliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinə tapşırılıb.

 

Bundan başqa, Naxçıvan, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Lənkəran şəhərlərində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi emalatxanaların yaradılması da nəzərdə tutulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 105

Oxşar yazılar