Urmiya fəlakətinə səfirlikdən reaksiya
14 yanvar 2013 17:21 (UTC +04:00)

Urmiya fəlakətinə səfirlikdən reaksiya

İranın Azərbaycandakı səfirliyi Urmiya gölü ətrafındakı 50 kəndin boşalması haqqında məlumatlara münasibət bildirib

 

“İran tərəfi Urmiya gölünün qurumasının qarşısının alınması istiqamətində işləri davam etdirir və bunun üçün müəyyən büdcə ayrılıb”. APA-nın məlumatına görə, İranın Azərbaycandakı səfirliyi Urmiya gölünün ətrafındakı 50 kəndin boşalması haqqında xəbərlərə belə münasibət bildirib.

 

Səfirlikdən deyilib ki, gölün qurumasının qarşısını almaq üçün yaxınlıqdakı çaylar gölə axıdılır və buludlar süni şəkildə yağdırılır: “Ümumiyyətlə, hər bir deputatın seçildiyi seçki dairəsindən məsələni gündəmə gətirməsi çox təbii hadisədir”.

 

Qeyd edək ki, Urmiya gölünün quruması nəticəsində 50 ətraf kəndin tamamilə boşalması barədə İran parlamentinin Urmiyadan seçilmiş deputat Nadir Qazipur açıqlama yayıb. Deputat bildirib ki, gölün quruması nəticəsində ətraf ərazilər yaşayış üçün yararsız vəziyyətə düşüb: “50 kəndin bir sakini də orada yaşamır. İnsanlar kəndlərini tərk etmək məcburiyyətində qalıblar. Urmiya tamamilə qurusa, ölkədə duz fırtınaları olacaq. Gölün yenidən canlandırılması üçün isə milyardlarla dollar vəsait lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827
avatar

Oxşar yazılar