UNEC-in 6 tələbəsi prezident təqaüdü alır
15 sentyabr 2016 13:32 (UTC +04:00)

UNEC-in 6 tələbəsi prezident təqaüdü alır

0

 

Prezident təqaüdünə layiq görülən UNEC tələbələrinin sayı artıb.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələr sırasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) altı tələbəsinin adı var. 

Bildirək ki, prezident təqaüdünə layiq görülən UNEC tələbələri Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alırlar. Onlardan beşi “Maliyyə”, biri isə “Biznesin idarəedilməsi” ixtisaslarına qəbul olan tələbələrdir.

 

Ötən tədris ilində UNEC-in yalnız bir tələbəsi – Jalə Rəhimova (Maliyyə və mühasibat fakültəsi, 680 bal) Prezident təqaüdünə layiq görülüb. 2014/15-ci tədris ilində də UNEC-in bir tələbəsi Emil Alıyev (Beynəlxalq İqtisadiyyat Məktəbi, 680 bal) Prezident təqaüdü alıb.

 

Qeyd edək ki, 2016/17-ci tədris ilində UNEC-ə qəbul olan tələblərərdən 291-i 600-dən yüksək bal toplayıb. Ötən il 600-dən yuxarı bal toplayan tələbələrin sayı 103, 2014/15-ci tədris ilində 93, 2013/14-cü tədris ilində isə 49 olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar