UNEC-də "Tələbə-Mentor" sistemi yaradılıb
08 sentyabr 2016 13:56 (UTC +04:00)

UNEC-də "Tələbə-Mentor" sistemi yaradılıb

0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində “Tələbə-Mentor” sistemi yaradılıb.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mentor sisteminin yaradılmasında məqsəd universitetə yeni daxil olan tələbələrə məsləhət dəstəyi vermək, kurslar arasında inteqrasiyanı və şəbəkə münasibətlərini gücləndirməkdir. Fakültənin III kursundan 12 mentor seçilib. I kursun hər qrupuna ixtisaslar üzrə 2 mentor təyin edilib.

 

Bildirək ki, sentyabrın 15-dən fəaliyyətə başlayacaq mentorlar I kurs tələbələrinin universitet həyatına adaptasiya etmələrinə yardım edəcək.

 

Bundan başqa, Beynəlxalq İqtisadiyyat Məktəbində “Senior mentor” (Böyük Mentor) da fəaliyyət göstərəcək. Senior mentor bir nəfər olmaqla, IV kurs tələbələri arasından seçilib. O, azad mentor kimi fəaliyyət göstərərək birinci kursların bütün qruplarına dəstək verəcək.

 

Qeyd edək ki, 2016/17-ci tədris ilində UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olunan tələbələr 600-dən yuxarı bal toplayıb. Bununla da Beynəlxalq İqtisadiyyat Məktəbinə minimal keçid balında yüksəliş qeydə alınıb. Orta keçid balı isə maksimum həddə çataraq, 635 olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar