Ukraynaya getmək istəyənlərə şad xəbər
24 sentyabr 2013 13:35 (UTC +04:00)

Ukraynaya getmək istəyənlərə şad xəbər

“Ukraine İnternational Airlines” (UİA) aviaşirkəti “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə qış mövsümündə Kiyev-Bakı aviareyslərinin sayının artırılması haqqında tərəfdaşlıq sazişi imzalayıb. Lent.az-ın məlumatına görə, bu barədə Ukrayna aviaşirkətinin rəsmi saytında məlumat yerləşdirilib.


Sazişə əsasən, Azərbaycandan olan səyahətçilər “Ukraine İnternational Airlines” şirkətinin uçuş şəbəkəsindən istifadə etməklə Avropanın, MDB, Yaxın Şərq ölkələrinin paytaxtlarına uçmaq imkanı əldə edəcəklər.

 

Bu ilin oktyabrın 27-dən başlayacaq və gələn ilin martın 29-da bitəcək qış mövsümü zamanı Azərbaycan və Ukrayna paytaxtları arasında həftə ərzində 8 reys yerinə yetiriləcək. Uçuşlar “Boeing-737” və “Airbus-320” tipli təyyarələri ilə gerçəkləşəcək.

# 1693

Oxşar yazılar