Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru professor Aleksey Nestulya ilə görüşüb. ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə iki universitet arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, distant təhsil sahəsində əməkdaşlıq, gələcəkdə ikili diplom proqramlarının yaradılması və biliyin qiymətləndirilməsi üzrə yeni metodlar müzakirə edilib.
2010-cu ildə tərəflər arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, ADİU-nin professor-müəllim heyətinin elmi məqalələri Poltava İqtisadiyyat və Ticarət Universitetinin nəşrlərində çap olunur.