Türkiyədə Xocalı soyqırımı anılıb
28 fevral 2014 11:10 (UTC +04:00)

Türkiyədə Xocalı soyqırımı anılıb

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurasının yardımı ilə Ankarada Layihə İdarəetmə Assosiasiyası Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir təşkil edib.

Toplantıda Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Türkiyə Qazi Universitetinin professoru Çətin Almas, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin əməkdaşları, Türkiyə vətəndaş cəmiyyətinin təmsilçiləri, həmçinin elm adamları, media və hökumət nümayəndələri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsindən sonra Xocalı soyqırımı zamanı qətlə yetirilən insanların ruhu sayğı duruşu ilə anılıb. Sonra 1992-ci ilin 26 fevralında törədilən Xocalı soyqırımı haqqında çəkilmiş sənədli filmə baxış keçirilib.

Tədbirdə çıxış edən F. Qurbanov 20-ci əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verərək keçirilən toplantının əhəmiyyəti haqqında danışıb.  Şura rəsmisi Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinin diqqətində saxlanılmasında iki qardaş dövlətin vətəndaş cəmiyyəti təşkilatlarının birgə əməkdaşlığının  vacibliyini vurğulayıb. 

Şuranın xarici QHT-lərə qrant müsabiqəsi proqramı barədə də məlumat verən F.Qurbanov bu layihələrin böyük bir qisminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503
avatar

Oxşar yazılar