Türkiyədə oxumaq istəyən tələbələrə təqaüd ayrılır
29 aprel 2013 20:07 (UTC +04:00)

Türkiyədə oxumaq istəyən tələbələrə təqaüd ayrılır

 

“Hər il Türkiyə universitetlərində oxumaq istəyən 150 azərbaycanlı tələbəyə dövlət tərəfindən xüsusi təqaüdlər ayrılır. Orada təqaüdlər hesabına təhsil alan tələbələrin bütün işləri Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitəsi tərəfindən icra olunur. Amma Türkiyədə dövlət xətti ilə pulsuz təhsil alan bütün tələbələrin işi ilə Təhsil Nazirliyi məşğul olur”. Bu açıqlamanıAPA-ya Türkiyə Təhsil Nazirliyinin əməkdaşı, Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş təhsil müşaviri Halis Koyuncuoğlu deyib.

 

O bildirib ki, komitə yeni işə başladığından hələ tam formalaşmayıb: “Ona görə də bir müddət bəzi anlaşılmazlıqlar olub. İndi isə hər bir problem həll edilib. Türkiyə hər il təxminən 150 nəfər azərbaycanlı tələbənin təhsili üçün təqaüdlər ayırır. Bu təqaüdlər dövlət xətti ilə verildiyindən onların sayı elə də çox olmur. Azərbaycan isə Türkiyədən 50 tələbənin təhsil alması üçün təqaüd ayırır”.

 

Nazirlik rəsmisi qeyd edib ki, iki ölkə arasında diplomların qarşılıqlı olaraq tanınmasında heç bir problem yoxdur. Onun sözlərinə görə, 2009-cu ildə bu məsələ tamamən həll edilib və bu gün də uğurla davam etdirilir: “Diplomlar qarşılıqlı olaraq tanınır. Azərbaycanlı və ya türkiyəli tələbələrin diplomlarının tanınmasında heç bir problem yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1106
avatar

Oxşar yazılar