“Əli bəy Hüseynzadə Azərbaycanda doğulmasına baxmayaraq, ömrünü bütün dünyada yaşayan türklərin müdafiəsinə həsr edən, türk dünyası ziyalıları və görkəmli şəxsiyyətləri arasında xüsusi yerə sahib olan dəyərli bir şəxsiyyətdir”. Lent.az-ın məlumatına görə, bunu Türkiyənin Karabük vilayətində Türkiyə türkcəsində çap edilən “Əli bəy Hüseynzadə Turan” kitabının təqdimat və imzalanma mərasimində çıxış edən millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva deyib.
Mərasimdə Karabük bölgəsinin rəsmiləri, ziyalıları, gənclər, mətbuat və media nümayəndələri iştirak edib. “Əli bəy Hüseynzadə Turan” kitabının müəllifləri Q. Paşayeva və yazar Azər Turandır.
Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş konfransda millət vəkili Əli bəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyə edib.
Tədbirin sonunda Q. Paşayeva “Əli bəy Hüseynzadə Turan” kitabını imzalayaraq tədbir iştirakçılarına təqdim edib.