TQDK zona müşavirələrini təxirə saldı
10 mart 2015 12:25 (UTC +04:00)

TQDK zona müşavirələrini təxirə saldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilməsi nəzərdə tutulan zona müşavirələri müvəqqəti olaraq təxirə salınıb. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Komissiyadan bildirib ki, buna səbəb TQDK sədri Məleykə Abbaszadənin beynəlxalq konfransda iştirakla əlaqədar Amerika Birləşmiş Ştatlarında ezamiyyətdə olmasıdır.

TQDK tərəfindən respublikanın 9 rayonunda 2014/2015-ci tədris il üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələrinin keçirilməsi nəzərdə tutulurdu. Zona müşavirələrinin Lənkəranda, Şəkidə və Xaçmazda martın 11-də, Bakıda, Gəncədə, Ağcabədidə, Göyçayda və Şirvanda martın 12-də, Naxçıvanda isə martın 13-də təşkil olunacağı açıqlanmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146

Oxşar yazılar