Ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi prosesi davam edir. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
TQDK təhsil müəssisələrinə müraciət edərək bildirib ki, ümumtəhsil müəssisələrinin 2013-2014-cü tədris ili buraxılış sinif şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı məqsədilə elektron ərizənin təqdim edilməsi üçün “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatların təsdiq edilməsi zəruridir.
”Bunu nəzərə alaraq, şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər”.