Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə qəbulda İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilər.
Qəbul mayın 16-ı saat 11.00-da İsmayıllı şəhəri, Heydər Əliyev mərkəzində (H.Əliyev pr.61) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını (eservices.tqdk.gov.az/SedrinQebulu) doldurmaqla qeydiyyatdan keçə və ya Komissiyanın Göyçay regional bölməsinə (əlaqə telefonu (020) 274 66 74), Qobustan, İsmayıllı, Şamaxı və İsmayıllı rayon təhsil şöbələrinin rəhbərliyinə müraciətə edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.