Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun 11-ci sinfi bitirən bütün məzunlara attestatın verilməsinin tərəfdarı olması ilə bağlı söylədiyi fikrə münasibət bildirib. Lent. -az-ın məlumatına görə, M. Abbaszadə jurnalistlərə açıqlamasında M. Cabbarovun bu fikrinin bir təklif olduğunu söyləyib.
O qeyd edib ki, hələlik attestatlar məzunlara mövcud qanunvericiliyə uyğun olaraq veriləcək: “Mövcud qanunvericilik var. Hələ ki, attestatlar qanuna uyğun şəkildə veriləcək. Bu, hələ təklifdir. Bu təklif müzakirə edilib, qərardan sonra icra olunacaq”.