TQDK sədri: “Məktəblərdə orta ixtisas müəssisələrini bitirən şəxslər də dərs keçir” - <span style="color:red;">YENİLƏNİB
19 fevral 2014 19:27 (UTC +04:00)

TQDK sədri: “Məktəblərdə orta ixtisas müəssisələrini bitirən şəxslər də dərs keçir” - YENİLƏNİB

“Hər il testlər məzunlarının bilik səviyyəsinə uyğun hazırlanır. 2011-ci ildən qəbul imtahanlarında açıq testlər tətbiq edilir. Qəbul imtahanlarına açıq testləri daxil etdikdən sonra qəbul nəticələri dəyişməyib”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, iki il bundan əvvəl ilk dəfə olaraq orta məktəblərdə buraxılış imtahanları komissiya tərəfindən keçirilməyə başlanıb. Bu il ilk dəfə olaraq 2 il əvvəl IX sinif məzunlarının XI sinif məzunu kimi bilik səviyyəsi yoxlanacaq: “O zaman biz biləcəyik ki, bu 2 ildə məzunların bilik səviyyəsi necə yüksəlib. Təbii ki, burada yalnız məktəblərin deyil, repetitorların da rolu var. Çünki abituriyentlərin bir qismini onlar hazırlaşdırırlar".


TQDK sədri onu da vurğulayıb ki, son 6-7 ildə riyaziyyat fakültəsinə 500-dən çox bal toplayan abituriyentlər qəbul olunur. “Amma çox təəssüf ki, onların böyük əksəriyyəti qızlardır. Əgər onlar məktəblərdə normal tədris mühitinə düşsələr, çox yaxşı riyaziyyatçı ola bilərlər. Ancaq digər məsələ ondadır ki, bu gün orta məktəblərdə orta ixtisas təhsili müəssisələrini bitirən şəxslər də dərs keçir”.

# 1636

Oxşar yazılar