İnamla İrəli!
04 dekabr 2013 11:59 (UTC +04:00)

İnamla İrəli!

 

Bugün Azərbaycan dinamik inkişaf tempinə görə seçilən dövlətlərdən biridir.

Sözsüz ki, bu inkişafın arxasında düzgün həyata keçirilən daxili və xarici siyasət durmaqdadır. Xalqın öz seçdiyi hakimiyyətə olan rəğbəti hakimiyyət və xalq arasındakı vəhdətin göstəricisidir. Azərbaycanın geostrateji mövqeyi  tarix boyu onun müxtəlif  böyük güclərin maraq dairəsində olmasına səbəb olmuşdur. Zaman-zaman bu güclər ölkəni öz hakimiyyətlərinə tabe etsələr belə, Azərbaycan xalqının müstəqillik əzmini qıra bilməmişlər. Xalq öz müstəqilliyinə qovuşmuşdur.

 Bugün hakimiyyətin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycan öz müstəqilliyini qorumuş və daha da möhkəmləndirmişdir. Bir zamanlar Azərbaycanı zəif bir dövlət kimi tanıyan ölkələr artıq Azərbaycanla əməkdaşlıq etməyə, Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar. Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz sözünü çütdıra biləcək dövlətlərdən birinə çevrilməsi ölkəmizə olan marağı daha da artırmışdır.

Avropanın enerji təhlükəsizliyinin qorunmasında başlıca dövlətlərdən biri hesab edilən Azərbaycan eyni zamanda öz maraqlarının və mövqelərinin qorunması üçün müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrlə özünə diqqət cəlb edə bilmiş və öz haqlı səsinin dünya ictimaiyyəti tərəfindən eşidilməsinə nail olmuşdur. Azərbaycanın bir çox ölkələrə yatırdığı investisiyalar ölkənin inkişafının bariz göstəricisidir.

Son zamanlar daha aktual olan məsələ Azərbaycanın Avropaya doğru irəliləcəyi ilə bağlı olan suallardan ibarət idi. Əksəriyyət Azərbaycanın bu istiqamətdə addımlardan çəkinəcəyini proqnozlaşdırsalar da Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev bir daha Azərbaycanın öz maraqlarını həyata keçirdiyini və kiməsə tabe olmadığını aşkar nümayiş etdirmiş oldu. Avropa ilə vizanın sadələşdirilməsi sazişinə imza atmaqla Azərbaycan inkişafa doğru əmin addımlarla irəlilədiyini bir daha nümayiş etdirmiş oldu. Azərbaycan inkişafa doğru inamla addımlayan müstəqil dövlətdir!

 

 

Şərqi Avropada Təhsil Alan Azərbaycanlı tələbələr və məzunlar İ.B.

Hümbətov Tural.

Baş katib

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar