TQDK Nazirlər Kabinetinin qərar layihəsini müzakirə edib
05 dekabr 2013 14:08 (UTC +04:00)

TQDK Nazirlər Kabinetinin qərar layihəsini müzakirə edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının kollegiyasının növbəti iclası keçirilib. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib.

İclasda “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” prezidentin fərmanının icrası ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə qərar qəbul edilib.

Bundan başqa TQDK tərəfindən hazırlanmış “Təhsil müəssisələrində təhsil alanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması və təhsil alanların biliyinin yenidən qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərar layihəsi müzakirə edilib.

# 952

Oxşar yazılar