TQDK müzakirələri davam etdirir
05 noyabr 2013 14:47 (UTC +04:00)

TQDK müzakirələri davam etdirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2014 – 2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar keçirilib. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib. 

Seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər. 

Seminar iclasında növbəti tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanı üçün proqramların layihələri təqdim edilərək onların müzakirəsi davam etdirilib. Seminar iştirakçıları müzakirələrdə çıxış edərək proqramlarla əlaqədar fikir və təkliflərini bildiriblər. Müəyyən əlavə və düzəlişlərlə proqram layihələrini qəbul etmək qərara alınıb. 
Növbəti seminarda 2013-cü ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında istifadə olunmuş xarici dillər üzrə test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar