Elektron “Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi davam etdirilir. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “İngilis dili”, “Ədəbiyyat”, “Fransız dili”, “Alman dili”, “Fiziki tərbiyə”, “Fizika”, “Rus dili”, “Rus dili” (təlim Azərbaycan dilində olan məktəblər üçün) dərslik komplektlərinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılıb. Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər elektron “Dərslik portalı”nda yerləşdiriləcək.