TQDK apellyasiya komissiyası yaratdı
12 may 2014 11:20 (UTC +04:00)

TQDK apellyasiya komissiyası yaratdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib. Qurumdan Lent.az-a verilən məlumata görə, TQDK mayın 11-də 2-ci və 3-cü ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanında abituriyentlərə təqdim olunmuş test suallarının məzmunu ilə bağlı apellyasiya komissiyası yaradıb. Apellyasiya komissiyası mayın 12-də saat 10-dan 17-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 33 binada keçirilib. İmtahanların idarə olunmasına 143 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1557 nəzarətçi-müəllim cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar