TQDK-da tarix və biologiya fənləri üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi ilə bağlı seminar iclaslar keçirilib. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Gündəlik məsələ qeyd olunan fənlərin ümumi təhsilin fənn standartları ( məzmun xətləri üzrə əsas və alt-standartlar) ilə bağlı olub.
Seminar iclaslarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də iştirak edib və gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər. Həmçinin tarix və biologiya fənləri üzrə ümumtəhsilin fənn standartları diqqətə çatdırılıb, dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi ilə bağlı işçi qrupları yaradılıb.
Qeyd edək ki, ta Növbəti seminar iclasında ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün tarix fənni üzrə dərslik və müəllim üçün metodiki vəsaitin elmi-metodiki monitorinqinə başlanacaq.