TQDK “Şagird-məzun” bazasını formalaşdırmağa başladı
17 dekabr 2012 14:58 (UTC +04:00)

TQDK “Şagird-məzun” bazasını formalaşdırmağa başladı

Buraxılış siniflərinin şagirdləri haqqında məlumatların bazaya daxil edilməsi üçün məsul şəxslərlə seminar-məşğələlər təşkil ediləcək

 

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsi ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissyiası (TQDK) tərəfindən 2012-2013-cü tədris ili üçün “Şagird-məzun” bazasının formalaşdırılması işinə başlanıb.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu  məqsədlə TQDK ümumi və tam orta təhsil müəssisələrinin buraxılış siniflərinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” bazasına daxil edilməsi üçün respublikanın rayon və şəhərlərində məsul şəxslərlə seminar-məşğələlər təşkil edir.

 

Seminar-məşğələlər aşağıdakı cədvəl üzrə keçiriləcək:

 

Tarix

Şəhər və rayonlar

1

19.XII.2012

Ağcabədi, Goranboy, Oğuz, Gədəbəy, Ağstafa, Biləsuvar, Şabran, Quba, İmişli, Kürdəmir, Qobustan, Göyçay, Bərdə, Beyləqan, Xocavənd, Balakən, Cəlilabad, Astara, Gəncə, Kəlbəcər, Xocalı.

2

20.XII.2012

Şəmkir, Tovuz, Qəbələ, Naftalan, Ağdam, Neftçala, Siyəzən, Qusar, Saatlı, Hacıqabul, Ağsu, Ağdaş, Tərtər, Füzuli, Qax, Masallı, Lənkəran, Göygöl,  Şamaxı

3

21.XII.2012

Daşkəsən, Qazax, Şəki, Mingəçevir, Zərdab, Salyan, Xızı, Xaçmaz, Sabirabad, Şirvan, Ucar, Yevlax, Laçın, Zaqatala, Yardımlı, Lerik, Samux, İsmayıllı

4

24.XII.2012

Bakı şəhərinin rayonları, Sumqayıt, Abşeron, Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı

 

# 1269
avatar

Oxşar yazılar