“Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək qəbul imtahanının ikinci mərhələsində iştirak etmək hüququ olan bakalavrlar üçün proqram seçimi başa çatıb”. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. O qeyd edib ki, ilkin statistik məlumatlara əsasən, 9780 bakalavr proqram seçimində iştirak edib. “Həmin bakalavrlar mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər”-deyə, E. Nağızadə bildirib.
Mətbuat katibi onu da qeyd edib ki, qəbul imtahanının ikinci mərhələsi 2014-cü il mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.