Azərbaycan Prezidenti İlham Əliyev Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Kollegiyaya TQDK-nın sədri, sədr müavini, Aparat rəhbəri, komissiyanın İnformasiyalaşdırma və texnoloji təminat, təşkilat, Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbələrinin müdirləri və Naxçıvan Muxtar Respublikası regional bölməsinin rəhbəri daxildir.