Təqvim planının peşə liseyləri üzrə növbəti mərhələsi başlayıb. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. “2013-2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı”na əsasən peşə liseyləri üzrə yerinə yetirilməli olan işlərin növbəti mərhələsinə start verilib.
Fevralın 18-dən martın 10-a qədər buraxılış sinif şagirdlərinin cari tədris ilinə aid illik qiymətləri peşə liseyləri əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq olunmalıdır.